Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2024 08:22
Bazar günü Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların sarsıdıcı məğlubiyyətindən sonra Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar seçkilər son onilliklərdə Fransada ən taleyüklü səsvermə olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransanın maliyyə naziri Brüno Le Mer bildirib.
"Bu, Beşinci Respublika tarixində Fransa və fransızlar üçün ən vacib parlament seçkiləri olacaq", - deyə maliyyə naziri vurğulayıb.
Konservativ Respublikaçılar Partiyasının yüksək vəzifəli xadimi Valeri Pekres isə deyib:
"Heç kimə təşkilatlanmağa vaxt vermədən və hər hansı bir kampaniyanı aparmadan buraxılma - ölkənin taleyi ilə "rus ruleti" oynamaqdır".
Ekspertlər Makronun qərarını ciddi siyasi risk adlandırırlar, çünki hakim İntibah Partiyası daha böyük itkilərə məruz qala bilər, bu da Makrona 2027-ci ildə prezident müddətini sağ-salamat başa çatdırmağa mane olacaq.
Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da, ikinci tur iyulun 7-də baş tutacaq.