Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Təbrizdə baş konsulluq açmağa hazırlaşır

Ermənistan Təbrizdə baş konsulluq açmağa hazırlaşır

Tarix: 12 Iyun 2024 09:08

Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür.

Sonxeber.net bildirir ki, dünən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında Ermənistanın Təbrizdə baş konsulluğunun açılması və İranın Qafandakı baş konsulluğunun fəaliyyəti haqqında deyib:

"İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı konsulluğu mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın səfəri zamanı açılıb.
Abdullahiyanın Ermənistana etdiyi son səfər zamanı Təbriz şəhərində Ermənistanın baş konsulluğunun qarşılıqlı şəkildə açılması ilə bağlı İranın razılığı bu ölkənin səlahiyyətli orqanlarına çatdırılıb və Ermənistan tərəfi bunun üçün lazımi hazırlıq işləri görür. İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir".


Etiketlər:  Ermənistan Təbrizdə baş konsulluq açmağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ