Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın iclasda iştirakından əvvəl parlamentdə stullar - belə yoxlanılır - VİDEO

Paşinyanın iclasda iştirakından əvvəl parlamentdə stullar - belə yoxlanılır - VİDEO

Tarix: 12 Iyun 2024 12:32

Bu gün keçiriləcək "Hökumət saatı" ilə bağlı Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, təhlükəsizlik xidmətinin əməkdaşları həm deputat yerləri, həm də tribuna üzərindəki su şüşələrini toplayıblar. Bundan başqa, onlar parlementdə stulları da diqqətlə yoxlayıblar.

Jurnalistlərə isə iclas başlayanadək zala buraxılmayacaqları deyilib.

Qeyd edək ki, bugünkü toplantıda Baş nazir Nikol Paşinyan da iştirak edəcək.

Buna paralel olaraq, müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını yerli vaxtla saat 15:00-da qanunverici orqanın qarşısında etiraz aksiyasına çağırıb.

Milli.Az


Etiketlər:  Paşinyanın iclasda iştirakından əvvəl parlamentdə stullar belə yoxlanılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ