Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı

Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı

Tarix: 13 Iyun 2024 13:54

Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub. 

"İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır", - deyə birjanın yaydığı məlumatda qeyd olunub.

Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.  

Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.


Etiketlər:  Moskva birjası ABŞ dolları avro ilə ticarəti dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ