Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2024 14:35
"Alatava" serialında Emka obrazı ilə məşhurlaşan aktrisa Rumiyyə Ağayeva qeyri-adi açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, "Könüllü danış" layihəsinin qonağı olan aktrisa bir sıra məqamlara toxunub.
O, serialda canlandırdığı obrazı siqaret çəkib içki içdiyinə görə qınayanlara cavab verib:
"Bir neçə gün əvvəl "Netflix"də bir filmə baxdım, dünyanın dağılması ilə bağlı, həyəcanlı film idi, baş rolu Culiya Roberts oynayırdı. Filmin bir hissəsində o, bir uşaqla danışır, fəlsəfi fikirlər söyləyir, izləyicini öyrədir. Mən həmin kadrların tez keçməsini gözləyirdim ki, tez elə, danış qurtar, görək sonra nə olacaq.
Mən film seçəndə düşünmürəm ki, hansı film mənə nə öyrədəcək.
"Alatava" da şou idi, insanlar seriala baxır ki, ruhu dincəlsin, rahatlasın, ona görə baxmırlar ki, bu serialdan nə isə öyrənsinlər. Kimsə desə ki, mən seriala nə isə öyrənmək üçün baxıram, buna inanmaram. İnsanlar düşünmür ki, Emka siqaret çəkir, içki içir, gedim mən də edim. Bu gün insanların düşüncə tərzi inkişaf edib. Hətta uşaqların da düşüncəsi inkişaf edib. Bəzən mən uşaqlarla söhbət edirəm, baxıram ki, biz uşaq olanda belə düşünmürdük, daha primitiv düşünürdük. Yaxşı, bu gün serialda Emka siqaret çəkmədi, bəs uşaq sabah başqa yerdə görməyəcək ki, qız siqaret çəkir?"
Aktrisa özü real həyatda məktəb illərindən bəri siqaret çəkdiyini etiraf edib:
"Sizə bir sirr açım, mən siqareti məktəb vaxtından çəkirəm və özümü "krutoy" hesab edib küçədə gəzə-gəzə siqaret çəkirdim. İnsanlar mənə gözlərini bərəldib baxırdılar. Çəkirsənsə, bunu gizlətmə.
O vaxt qadınlar tualetdə, balaca otağın içində siqaret çəkirdilər, sonra üstlərinə bir kilo ətir vururdular, ağzılarına nə isə atırdılar, əziyyət çəkirdilər. Amma indi görürəm ki, küçədə qadınlar gedir rahat siqaretini çəkir, kafedə oturub çəkir. Niyə də yox? Niyə kimsə özünü sıxmalıdır?"