Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaxşılığın “y” hərfi gələndə başımın tükləri biz-biz olur”

“Yaxşılığın “y” hərfi gələndə başımın tükləri biz-biz olur”

Tarix: 13 Iyun 2024 19:10

"Yaxşılığın "y" hərfi gələndə başımın tükləri biz-biz olur".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətçi bildirib ki, daha heç kimə yaxşılıq etməyəcək:

"Özümə söz vermişəm ki, daha edəcəyim yaxşılıqları dayandıracağam. Mənə söyləyirlər ki, Ümrə ziyarətindən gəlmisən, elə danışma. Cavab verirəm ki, dilim desə də, bacarmıram. Mənim etdiyim yaxşılıqları o qədər pisliklə mənə qaytarıblar. Yaxşılıq edən insanları tez "vururlar". Mən Allahımdan çox razıyam. O mənə özü yol açdı və mən ziyarətə getdim. O qədər Allahdan razıyam. Mənə şər, böhtan atanlara, xainlərə, vicdansızlara və şərəfsizlərə Allah elə bir dərd verib ki, başları özlərinə qarışıb".

Milli.Az


Etiketlər:  Yaxşılığın hərfi gələndə başımın tükləri olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ