Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BTQ-nin dəstəyi ilə Keniyada dünyada kolonializmə həsr olunmuş konfrans keçirilib

BTQ-nin dəstəyi ilə Keniyada dünyada kolonializmə həsr olunmuş konfrans keçirilib

Tarix: 13 Iyun 2024 20:42

Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə "Dekolonizasiya prosesində beynəlxalq təhlükəsizlik, diplomatiya və effektiv kommunikasiyanın rolu" adlı hibrid konfrans təşkil edilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, konfransda 30-a yaxın Azərbaycan və Keniya media nümayəndələri, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransız Qvianasını milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak edib.

Konfransda Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest, Fransız Qvianasının sosial azadlıq və dekolonizasiya naminə Hərəkatının Prezidenti Maurice Pindard, Fransız Qvianasından MDES paertiyasının beynəlxalq bölməsinin üzvü Dominik Montet Kaledoniyada baş verən son hadiələrlə bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıblar.

Tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi, hazırda isə "Troyka"nın üzvü olduğu Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini QH-nin müvafiq sənədlərində öz əksini tapmış prinsiplər üzərində quraraq, XXI əsrdə dünyada kolonializmə son qoymaq üçün fəal iş aparır, dekolonizasiya prosesinə töhfələr verir:

"Hərəkat çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə yaradılmış qeyri-hökumət təşkilatı Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəmləkədən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyir. Təşkilatımız BMT-nin müvafiq qurumları, o cümlədən İnsan Hüquqları Şurası, eləcə də Bakı Təşəbbüs Qrupunun təmsil olunduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər aidiyyəti təşkilatlarda beynəlxalq platformalar vasitəsilə müstəmləkələrdəki mövcud vəziyyəti dünya ictimaiyyətinin daim diqqətinə çatdırır və bu fəaliyyət yüksələn xətlə inkişaf edir".

O, həmçinin bildirib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş 10-dan çox beynəlxalq tədbirdə müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni sahələrə mənfi təsiri, o cümlədən Yeni Kaledoniyada və digər müstəmləkələrdə baş verən insan hüquqlarının pozulması məsələləri qaldırılıb və müzakirələr aparılıb.

"Fransa hakimiyyət orqanları tərəfindən Yeni Kaledoniyada müstəqillik tələb edən mülki əhaliyə qarşı zorakılıq halları və insan hüquqlarının pozulması Fransa hökumətinin BMT və Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dənizaşırı ərazilərin müstəmləkədən azad olması və müstəqillik əldə etməsinə dair sənədlərini praktiki olaraq yerinə yetirmək üçün siyasi iradəsinin olmadığını nümayiş etdirir.

Kolonializmdən qurtulmaq fundamental hüquqdur və biz, öz xalqı üçün daha yaxşı və layiqli gələcək arzu edən xalqlara dəstəyimizi ifadə edirik və Bakı Təşəbbüs Qrupu olaraq bildiririk ki, Kanak xalqının müstəqilliyi uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik.

Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bəyan edərək, onların seçki qanunvericiliyinin Kanak xalqının iradəsinə zidd dəyişdirilməsinə qarşı ədalətli mübarizəsini dəstəkləməklə bərabər, Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğv olunmasını tələb edirik.

Kanak xalqının Müstəqillik əldə edənə qədər dəstəklənməsi beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərinə, xüsusilə 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasnın "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" adlı 1514 (XV) saylı qətnaməsinə müvafiq olaraq bir öhdəlikdir. Bu baxımdan Kanak xalqının və müstəqillik tərəfdarlarının indiki bütün nümayişləri qanuni hesab edilir.

Biz Fransanı kolonial siyasətini dayandırmağa və Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasına çağırırıq!

Biz bütün müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarını, media resurslarını Yeni Kaledoniyadakı real vəziyyəti, insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırılmasını davam etdirməyə çağırırıq", - A.Abbasov söyləyib.


Etiketlər:  dəstəyi ilə Keniyada dünyada kolonializmə həsr olunmuş konfrans keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ