Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, sülh deyil, tam kapitulyasiya tələbidir

Bu, sülh deyil, tam kapitulyasiya tələbidir

Tarix: 14 Iyun 2024 22:32

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya sülhdeyil, təslim olmağı təklif edib. Kreml sahibinin Kiyevə ünvanladığı "Donetsk, Luqansk, Zaporojye və Xersondan vaz keç, masaya oturaq" tezisinin başqa adı yoxdur.

Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin danışıqlar şərti haqda qeyd edib.

"Üstəlik Kiyev NATO-ya üzv olmaq siyasətindən imtina etməlidir. Rusiya prezidentinin "masaya otura bilərik" təklifinin bu gün səslənməsi təsadüfi deyil. Sabahdan İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumu işə başlayır. Putin bu forumdan əvvəl təkliflərini, daha doğrusu tələblərini Qərbin diqqətinə çatdırıb. Putin demək istəyib ki, müharibə Rusiyanın iddia etdiyi Ukraynanın 4 bölgəsinin administrativ sərhədinə çatana qədər davam edəcək", - o vurğulayıb.


Etiketlər:  sülh deyil kapitulyasiya tələbidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ