Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paraşütü açılmayan idmançı yerə çırpıldı: Ölümünü lentə aldı - FOTO

Paraşütü açılmayan  idmançı yerə çırpıldı: Ölümünü lentə aldı - FOTO

Tarix: 15 Iyun 2024 14:02

Rusiyanın Leninqrad vilayətinin Kirovski rayonunun Putilovo kəndində, "Severnıy veter" eniş sahəsinin ərazisində paraşütçü məşq zamanı həlak olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, paraşütçülər qrupunun AN-28 təyyarəsindən tullanması zamanı 38 yaşlı idmançı, hesabında azı 400 paraşütlə tullanma olmasına baxmayaraq, düşdüyü çətin vəziyyətdən çıxa bilməyib. İdmançının əsas paraşütünün kəndirləri havada bir-birinə dolaşıb və o, kəndirləri aça bilməyib. Ehtiyat paraşütü isə yerdən cəmi 10 metr aralıda açılıb və nəticədə o, yerə çırpılaraq həyatını itirib.

Leninqrad Nəqliyyat İstintaq İdarəsi tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən və ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb. İstintaq davam edir.

Milli.Az


Etiketlər:  Paraşütü açılmayan idmançı yerə çırpıldı Ölümünü lentə aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ