Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2024 15:22
2023-cü ilin aprelində Çin lideri Si Szinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Pekini Tayvana hücuma təhrik etdiyini deyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Çin lideri 2023-cü ilin aprelində Avropa Komissiyasının rəhbəri ilə görüşdə Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, ABŞ-ın tələsinə düşmədiklərini söyləyib.
Çinin Vaşinqtondakı səfirliyi Szinpinin bəyanatı ilə bağlı açıqlama verməyib, lakin ABŞ-ın Tayvana silah satdığını və adadakı "separatçı qüvvələri" dəstəklədiyini qeyd edib.
Ursula fon der Leyenin nümayəndəsi AK rəhbərinin şəxsi görüşlər barədə məlumat vermədiyini bildirib.
Ağ Ev də məsələ ilə bağlı açıqlama verməyib.