Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”ın yetirməsi dənizdə boğulan iki turisti belə xilas etdi - VİDEO

“Real”ın yetirməsi dənizdə boğulan iki turisti belə xilas etdi - VİDEO

Tarix: 17 Iyun 2024 14:10

"Almeria"nın yarımmüdafiəçisi Serxio Arribas Maldiv adalarında istirahət zamanı suda boğulan iki turisti xilas edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb.

22 yaşlı futbolçu sevgilisi ilə özəl çimərlikdə dincələn zaman dəniz axını aparan iki turistin köməyə çağırış səslərini eşidib. Arribas slayddan tullanaraq boğulan insanlara tərəf üzüb. Bu zaman futbolçunun rəfiqəsi suya xilasedici dəst atıb. Bu hərəkətlər sayəsində turistlər xilas edilib.

Arribas "Real Madrid"in yetirməsidir, 2023-cü ilin yayından "Almeria"da çıxış edir.

Milli.Az


Etiketlər:  Realın yetirməsi dənizdə boğulan iki turisti belə xilas etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ