Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maksim Medvedevə SÜRPRİZ TƏKLİF

Maksim Medvedevə SÜRPRİZ TƏKLİF

Tarix: 19 Iyun 2024 00:36

"Turan Tovuz" klubunun yeni baş məşqçisi Kurban Berdiyev Maksim Medvedevə təklif göndərib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Kurban Berdiyev Maksim Medvedevin onun köməkçisi vəzifəsində çalışmasını istəyir.

Bundan əlavə, Kurban Berdiyev Cavid Hüseynova da köməkçisi olmaq üçün dəvət göndərib.

Qeyd edək ki, Cavid Hüseynov hazırda Birinci Liqaya yüksələn "Cəbrayıl" komandasının baş məşqçisi vəzifəsində çalışır.

Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev iyunun 2-də karyerasını başa vurub. ("Sportinfo")


Etiketlər:  Maksim Medvedevə SÜRPRİZ TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ