Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya yığmasının baş məşqçisi: Portuqaliya ilə matçda işimizi çox çətinləşdirdik

Çexiya yığmasının baş məşqçisi: Portuqaliya ilə matçda işimizi çox çətinləşdirdik

Tarix: 19 Iyun 2024 08:10

Dünyanın ən yaxşı komandalarından biri olan Portuqaliya ilə matçda işimizi çox çətinləşdirdik. Hamımız məyus olduq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Çexiya millisinin baş məşqçisi İvan Hasek Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu dəyərləndirərkən deyib:

Mütəxəssis ideal performans göstərmədiklərini söyləyib: "Etiraf etməliyəm ki, işimizi bitirməməyimiz çox təəssüf doğurur. Əlavə vaxtda qol buraxdıq. Bunu çox tez geridə qoymalıyıq. Dörd gün ərzində əsas oyunumuzu keçirəcəyik. Bu, bizim üçün ideal bir performans deyildi".

Qeyd edək ki, Portuqaliya - Çexiya matçı Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az


Etiketlər:  Çexiya yığmasının baş məşqçisi Portuqaliya ilə matçda işimizi çox çətinləşdirdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ