Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəqsanənin qızı həmkarını biabır etdi: "Vallah ayıbdır, siz..."

Rəqsanənin qızı həmkarını biabır etdi:

Tarix: 20 Iyun 2024 18:50

Müğənni Aysun İsmayılova sosial şəbəkədə ad çəkmədən həmkarlarından birinin ünvanına xoşagəlməz sözlər deyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Aysun İsmayılova İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri deyib:

"Bir xanım müğənni var, hansı ki, bir zamanlar onunla çoz gözəl münasibətimiz var idi. Deyəsən, indi aramız pisdir. Bilmirəm nə məsələdir?! Yəqin ki, xanımın nə isə problemi var, amma bundan xəbərim yoxdur. Mənim onunla heç bir problemim ola bilməz. Çünki anam yaşdadır. Onun adını çəkmək istəmirəm, düşünürəm ki, etik deyil. Özü bilir ki, söhbət kimdən gedir. Sadəcə onu demək istəyirəm ki, niyəsə sizinlə iştirak etdiyim məclislərdə hər zaman problem yaşayıram. Bu dördüncü-beşinci məclisdir. Ya səs rejissoru ilə problem yaşayıram, ya da orada nəsə baş verir. Sizə "salam" verirəm, almırsınız. Bu nə məsələdir? Səbəbini bilmək də istəmirəm. Hörmət-hörmətə bağlıdır. Amma onu deyə bilərəm ki, anam Rəqsanə İsmayılova da bütün məclisləri idarə edir. Məclisə gənc ifaçı gələndə onunla canlı ifaya belə çıxır ki, dəstək olsun. Vallah ayıbdır, siz bütün məclisləri idarə edirsiniz, mən isə yarım saatlıq iştirak edirəm. Hər dəfə susmuşam, amma bir yerə qədər...Heç kimə qarşı heç vaxt hörmətsizlik etməmişəm, etmərəm də... Hər dəfə "salam" verirdim, siz görməzlikdən gəlirdiniz. Amma hər şeyin bir qədəri var, bundan sonra siz necə, mən də elə...".

Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə evlidir.

Milli.Az


Etiketlər:  Rəqsanənin qızı həmkarını biabır etdi Vallah ayıbdır siz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ