Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avarçəkənimiz Avropa çempionu oldu

Avarçəkənimiz Avropa çempionu oldu

Tarix: 22 Iyun 2024 11:08

Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və çimərlik sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Yığma komandamızın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə, təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib. Finalda 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.

Milli.Az


Etiketlər:  Avarçəkənimiz Avropa çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ