Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başlayır

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başlayır

Tarix: 23 Iyun 2024 06:16

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib",- məlumatda deyilir.

Qeyd olunur ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Milli.Az


Etiketlər:  Pakistan genişmiqyaslı antiterror əməliyyatına başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ