Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 13:08
Yaponiyanın Honsü adası sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, bu gün Venesuelada 6,1 maqnitudada zəlzələ olub.