Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın keçmiş arvadı bu ulduzla evləndi - FOTO

İlon Maskın keçmiş arvadı bu ulduzla evləndi - FOTO

Tarix: 24 Iyun 2024 12:00

Sahibkar İlon Maskın keçmiş həyat yoldaşı, britaniyalı aktrisa Talula Rayli aktyor və "Taxtların Oyunu" serialının ulduzu Tomas Brodi-Sanqsterlə evlənib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 38 yaşlı Rayli və 34 yaşlı Brodi-Sangster 2021-ci ildə "Disney+" üçün "Sex Pistols" pank qrupu haqqında dramı çəkərkən tanış olublar. Cütlük ötən ilin iyulunda nişanlanıb. Daha sonra Mask öz "X" sosial şəbəkəsində onları təbrik edib.

Xatırladaq ki, Talula Rayli iki dəfə İlon Maskla evlənib: onlar ilk dəfə 2010-cu ildə evləniblər, iki il sonra isə boşanıblar, sonra 2015-ci ildə yenidən ailə qurublar və daha sonra tamamilə ayrılıblar. Onların birgə uşaqları yoxdur.


Etiketlər:  İlon Maskın keçmiş arvadı ulduzla evləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ