Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu əsir düşdü

Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu əsir düşdü

Tarix: 24 Iyun 2024 20:52

"16 yaşında hamilə" realiti-şousunun rus versiyasının iştirakçısı Ukraynada əsir düşüb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, jurnalist Vladimir Zolkin "YouTube" kanalında Ukraynaya qarşı müharibəyə cəlb olunmuş məşhurla söhbətini yayıb. "16 yaşında hamilə" şousunun rusiyalı ulduzu Sergey Qoreli maraqlı açıqlama verib.

O, dekabrın əvvəlində Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa "məcbur olduğunu" deyib, bildirib ki, əks halda onu mənzilini əlindən almaqla təhdid ediblər.  

"Mənzilim tam özəlləşdirilməyib, bir neçə arayış çatışmır. Əvvəlcə maşın oğurladığım üçün iki il məcburi əmək cəzası almışam. İlk dəfə imtina etdim, lakin sonradan çağırıb ultimatum verdilər: Ya müqaviləni imzalamalıydım, ya da ailəm mənzildən qovulmalıydı", - o bildirib. 

Ukraynada Rusiya və Belarus Silahlı Qüvvələrinin hərbi qulluqçularının könüllü təslim olması üçün yaradılmış "Mən yaşamaq istəyirəm" dövlət layihəsi mövcuddur. Sergey Qoreli həmin layihəyə könüllü müraciət edənlərdəndir.


Etiketlər:  Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu əsir düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ