Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərargah rəisi: ''Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır

Qərargah rəisi: ''Rəfah” briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır

Tarix: 25 Iyun 2024 00:46

İsrail hərbçiləri HƏMAS-ın "Rəfah" briqadasının zərərsizləşdirilməsi əməliyyatını başa çatdırmaqdadır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Rəfah" briqadasını məhv etdiyimizi, onun məğlub olduğunu və artıq döyüş birliyi kimi fəaliyyət göstərə bilməyəcəyini deyə bilərik", - Halevi qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Milli.Az


Etiketlər:  Qərargah rəisi Rəfah briqadasının zərərsizləşdirilməsi əməliyyatı başa çatmaqdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ