Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin oğlunun vəkillik lisenziyası dondurulub

Baydenin oğlunun vəkillik lisenziyası dondurulub

Tarix: 25 Iyun 2024 23:50

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden qanunsuz silah əldə etmək iddiası ilə bağlı işində təqsirli bilinmişdi.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı bu gün paytaxt Vaşinqtonda Hanter Baydenin vəkillik lisenziyası da dondurulub.

Qeyd edək ki, tez-tez qalmaqallarla gündəmə gələn ABŞ prezidenti Co Baydenin oğlu 2018-ci ildə narkotikdən asılı olduğu dövrdə qanunsuz olaraq odlu silah əldə etməkdə, alış zamanı narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verməklə federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu.


Etiketlər:  Baydenin oğlunun vəkillik lisenziyası dondurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ