Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beş uşaq anasının bu addımı hər kəsi təəccübləndirdi

Beş uşaq anasının bu addımı hər kəsi təəccübləndirdi

Tarix: 26 Iyun 2024 02:04

Türkiyənin Kahramanmaraş şəhərinin sakini, beş uşaq anası 47 yaşlı Fatma Civan universitet təhsilini yarımçıq qoyan oğlunu motivasiya etmək üçün ali təhsil müəssisəsinə imtahan verərək uğurlu nəticə göstərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əl sənətləri fakültəsinin 1-ci kurs tələbəsi olan Fatma Civan bildirib ki, oxumaq, təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur.

"Hansı yaşda olursunuzsa olun, gənclərə örnək olmaq istəyirəm. İstəyirəm ki, bütün gənc qızlarımız oxusunlar. Oxuyub, peşə sahibi olsunlar.

İmtahan verib universitetə qəbul olma səbəbim isə oğlumdur. O, universitetin ikinci kursunda oxuyanda təhsilini yarımçıq qoydu. Ona motivasiya vermək üçün universitet oxuyacağıma söz vermişdim. Mən bu işi oğlum, sırf onun həyatı üçün həyata keçirdim", - deyə 47 yaşlı qadın bildirib.

Milli.Az


Etiketlər:  Beş uşaq anasının addımı hər kəsi təəccübləndirdi


RƏYLƏR