Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 08:32
Keniyada hökumət əleyhinə etirazlara görə fövqəladə vəziyyət elan edilib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə məsələləri üzrə baş katibi Aden Bare Dualan fərman imzalayıb.
Fərmana əsasən, Keniya Müdafiə Qüvvələri polisə dəstək olmaq üçün mərkəzə yerləşdirilib.
Xatırladaq ki, iyunun 18-də ölkədə əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb. Etirazçılar yeniliyin iqtisadiyyata ziyan vuracağını iddia edirlər.