Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasından Leyla Quliyeva ilə bağlı paylaşım - FOTO

Anasından Leyla Quliyeva ilə bağlı paylaşım - FOTO

Tarix: 26 Iyun 2024 15:35

Aparıcı Leyla Quliyevanın anası Raziyə Sultanova qızı ilə bağlı paylaşım edib.

Sonxeber.net olay-a istinadən bildirir ki, R. Sultanova aparıcının ad günü olduğunu bildirərək bu sözləri yazıb:

"Yaşama səbəbim, yaşın az olsa da, həyatda yol göstərənim, hər büdrəyəndə, o cüssəsiz çiyinlərinlə mənə təkan olanım! Adımın sonuna şərəfli nənə sözünü bağışlayan qızım!

Allah mənə sənin kimi övlad, cəmiyyətə sənin kimi xeyirli, sədaqətli, dəyərli bir insan, dost, qohum, yoldaş bəxş etdiyinə görə xoşbəxtəm. Həyatın keşməkeşli yollarını mənimlə birgə addımladın, arxam-dayağım, sirdaşım oldun. Bu gün isə yaşının üstünə yaş gəlir, amma mənim üçün sən, yenə də, balaca, məsum, hörüklü Leylamsan. Şükürlər olsun Allaha, səninlə bağlı ümidlərim, arzularım öz həllini tapıb! Sənə həyatda möhkəm durmağı, daim irəli getməyi arzulayıram. Gözəl ailənlə ürəyin istədiyin mənalı, sağlam ömür sürəsən, ən ümdə məqsədin olan-övladlarının cəmiyyətdə xeyirli, layiqli mövqe tutmasının şahidi olasan! Sağlam canla uzun, mənalı ömür nəsibin olsun!".


Etiketlər:  Anasından Leyla Quliyeva ilə bağlı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ