Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ”də yeni qapıçı

“Qəbələ”də yeni qapıçı

Tarix: 26 Iyun 2024 17:44

Transfer çalışmalarını davam etdirən "Qəbələ" daha bir futbolçunu heyətinə qatıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klubun futbol akademiyasının yetirməsi Müşfiq Nadirov "qırmızı-qaralar"ın formasını geyinəcək.

22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə "Zaqatala"da çıxış edib.

O, karyerası ərzində "Qəbələ-2" və "Kəpəz"in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Qeyd edək ki, "Qəbələ" bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Milli.Az


Etiketlər:  Qəbələdə yeni qapıçı


RƏYLƏR