Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 06:46
Bu istilik dalğası elm adamlarının və ekoloqların narahatlığına səbəb olmaqla, regionda temperaturun yüksəlməsinin ümumi tendensiyasının bir hissəsidir.
Küveytdə anomal isti dalğası qeydə alınıb - temperatur 50 dərəcədən yuxarı qalxıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, həddindən artıq istilər qeyri-adi hadisələrə səbəb olub: hətta nəqliyyat konusları da günəşdə əriməyə başladı. Bu, bölgənin üzləşdiyi istiliyin görünməmiş intensivliyini vurğulayır.
Üstəlik, bu rekord istilik ölkə əhalisi üçün ciddi problemə çevrilib. İnsanlara lazımsız yerə çöldə olmamaq və bol su içmək tövsiyə olunur. Uzun müddət istiyə məruz qalmaq istilik vurmasına, ürək-damar xəstəliklərinə və hətta ölümə səbəb ola bilər.
Küveyt səlahiyyətliləri həmçinin elektrik şəbəkəsindəki yükün artması ilə əlaqədar elektrik enerjisinin mümkün kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Kommunal xidmətlər sakinləri enerjiyə qənaət etməyə çağırır.