Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2024 04:04
Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə barışmaq qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, aktyor heç vaxt bu cür uzunmüddətli mübarizəni və rəqabəti təsəvvür belə etməyib.
"O, əllərini yuxarı qaldırmağa və təslim olmağa hazırdır", - mənbə bildirib.
Xatırladaq ki, 19 sentyabr 2016-cı ildə Ancelina Coli boşanmaq üçün ərizə verib, lakin rəsmi olaraq boşanma prosesi yalnız 2019-cu ildə yekunlaşıb. Cütlüyün altı uşağı olub, lakin yalnız üçü onların doğma övladlarıdır, digərlərini birgə övladlığa götürüblər.