Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2024 13:05
Müğənni Elnarə Xəlilova tənqidlərə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçinin "Rəngarəng səhər" verilişinə qonaq olması və orada proqramlara qatılmaması haqda danışması izləyiciləri tərəfindən tənqid olunub. E.Xəlilova Axşam.az-ın instaqram səhifəsində ünvanına yazılanlara reaksiya verib.
Sözügedən verilişə qatılmasını ona yaraşdırmayanlara ifaçı "Əslində 106.3 FM-in 20 illiyi idi, rəhbərlik şəxsən xahiş etmişdi. Efir çağırır, Elnarə getmir" sözlərini yazıb.
E.Xəlilova daha sonra "Gedirsən vay, getmirsən vay. Həm tamaşaçı qınayır ki, niyə efirə çıxmırsınız. Həm də aparıcılar qınayır ki, çağırırıq gəlmirsiniz, biz də məcbur efiri nə gəldi ilə doldururuq. Efir xalqındı. Heç kimin dədəsinin efiri deyil. Ona görə də mütləqdir ki, sənətçilər efirdə sənə göstərsinlər" sözlərini əlavə edib.
Qeyd edək ki, ötən gün sözügedən proqramda aparıcı Zaur Nəbioğlu ilə Elnarə Xəlilova arasında mübahisə düşmüşdü.