Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nahidə Orucova: ''Sənəti seçib, 12 yaşında qızımı atasına verdim'' - FOTO

Nahidə Orucova: ''Sənəti seçib, 12 yaşında qızımı atasına verdim'' - FOTO

Tarix: 30 Iyun 2024 11:35

"12 yaşında qızımı atasına verdim. Onun məktəbi, hazırlıqlarına o nəzarət edirdi. İstəyirdim ki, gözünün qabağında olsun. Atasından özüm ayrılsam da, uşağı ondan ayırmamışam. Həmişə demişəm ki, qoy, uşaq fikrində tutsun ki, anam da, atam da başımın üstündədir. Yəni, özünü yarımçıq hiss etməsin. Mütəmadi olaraq görüşürdük, gəlirdi-gedirdi, qalırdı. 12 yaşına qədər nə vermişəmsə, mən vermişəm ona. O, buna heç vaxt nəsə deməyib. Çünki onu atmamışam".

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Aktrisa bildirib ki, başı sənətinə qarışdığı üçün  qızına onun keçmiş həyat yoldaşı (atası) baxıb:

"Mənim işim elə idi ki, bəzən gecə də çəkilişlər olurdu. Atası razı olmurdu ki, uşaq tək qalsın. Həm də cavanlıq idi. Daha çox sənətə, karyeraya meyil göstərdim. Vaxtı ilə uşağa istədiyimiz kimi baxmadığıma görə, indi nəvəmə o sevgini vermək istəyirəm. Uzun müddət razı olmamışam onu atasına verməyə. Amma sonra düşündüm ki, mən burada təkəm. 

Qoy, uşaq ailə mühütində böyüsün. Qızımın xasiyyəti atası kimi tünddür. Həmişə deyir ki, "o nədir verilişdə geyinmisən?" Biz ayrılanda keçmiş həyat yoldaşımın maddi vəziyyəti yaxşı idi.

Çox təkliflər etdi ki, "sənətdən ayrıl, sənə biznes qurum". Mənim üçün sənət hər şeydən irəli idi. Sırf sənətə görə biz ayrıldıq. Dedi, "mən işimdən ayrıldım, sən də ayrıl". Fikirləşirəm ki, gərək onda ailəmdən yapışaydım. Amma onda sənətim olmayacaqdı. Ailə yox, sənət məni xoşbəxt etdi. Çətin oldu mənim üçün".


Etiketlər:  Nahidə Orucova Sənəti seçib yaşında qızımı atasına verdim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ