Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

Tarix: 3 Iyul 2024 12:40

Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə "vahid rəqəmsal dəhliz"in yaradılmasına dair üçtərəfli saziş imzalanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Rifah Fondu olan "Samruk-Kazına" məlumat yayıb.

Məlumata görə, sənəd "Slavtrans-Servis", "Xi'an Free Trade Port Construction and Operation Co." və "KTZ Express" şirkəti arasında imzalanıb.

Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3,7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.


Etiketlər:  Rusiya Çin Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ