Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 14:00
Mançesterdə keçirilən "Futbol Yazarları Dərnəyi 2019" mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tədbirdə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Liverpul"un çalışdırıcısı Yürgen Kloppla zarafatlaşması diqqət çəkib.
Hər iki mütəxəssisin mükafatlandırdığı mərasimdə ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan Qvardiola Çempionlar Liqasını qazanan həmkarına kubokları dəyişdirməyi təklif edib.
"Yürgen Premyer Liqada çempion olmağı istəyərdi, mən də Çempionlar Liqasını qazanmağı. Bəlkə kuboklarımızı dəyişə bilərik" - deyə Qvardiola Kloppla zarafatlaşıb.