Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 14:12
ABŞ Dövlət Departamenti Rusiya ordusunun hazırkı cəbhəni genişləndirməyə çalışacağı təqdirdə Vaşinqtonun Ukraynaya Rusiya ərazisinə daha böyük məsafədən zərbə endirməsinə icazə verəcəyini istisna etmir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Rusiyanın neçə hava bazasının ATACMS raketlərinin atış mənzilində olması ilə bağlı suala cavabında deyib.
Obrayen eyni zamanda Rusiya Federasiyasının sərhəd ərazilərinə edilən hücumlara görə güc itirdiyini bildirib.
Qeyd edək ki, ATACMS raketlərinin atəş mənzili 300 km-dir. Hazırda ABŞ silahları ilə yalnız sərhəd ərazilərdə Ukraynaya təhlükə yaradan hərbi obyektləri vurmağa icazə verilib.