Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 20:12
Avstriya yığmasının azarkeşləri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Türkiyə millisi ilə oyunundan əvvəl irqçi şüarlar səsləndiriblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, avstriyalı fanatlar görüşdən öncə Leyptsiq küçələrində "L'amour toujours" mahnısındakı "Almaniya almanlar üçün, əcnəbilər çölə" sözlərini ucadan qışqırıblar.
Leyptsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə aldığını və araşdırma apardığını bildirib.
Qeyd edək ki, Avstriya - Türkiyə matçı 2:1 hesabı ilə "ay-ulduzlular"ın xeyirinə başa çatıb.