Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 09:42
Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu "Wall Street Journal" qəzetinin apardığı sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin 80 %-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır. Qeyd olunur ki, Demokrat Partiyasının tərəfdarlarının üçdə ikisi Baydeni başqa namizədlə əvəz edəcək. Respondentlərin 47 %-i həm hazırkı prezident, həm də keçmiş dövlət başçısı Donald Trampı digər namizədlərlə əvəz edərdi.
Nəşr iddia edir ki, bu gün prezident seçkiləri keçirilsəydi, respondentlərin 48 % -i Trampa, 42 %-i Baydenə səs verərdi.
Sorğu iyunun 29-dan iyulun 2-dək 1,5 min nəfər amerikalı arasında aparılıb.