Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 08:32
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə parlamentinin iyunun sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qəbul etdiyi qanunu imzalayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq sənəd Belarus Milli Hüquq İnternet Portalında dərc olunub.
Minsk ümid edir ki, 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanmış sazişin həyata keçirilməsi belarus ixracatçılarına rüsumları ləğv etməklə öz məhsullarının İran bazarına tədarükünü artırmağa imkan verəcək.
2022-ci ildə Belarus və İran arasında ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edib, 2023-cü ildə isə bu rəqəm daha 40% artıb.