Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Kazımova 25 il sonra ''Tənha qadın''dakı aktrisa ilə görüşdü - VİDEO

Aygün Kazımova 25 il sonra ''Tənha qadın''dakı aktrisa ilə görüşdü - VİDEO

Tarix: 5 Iyul 2024 14:10

Xalq artisti Aygün Kazımovaya qonaq olduğu "İncə səhər" verilişində sürpriz edilib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Pop kraliça 1999-cu ildə lentə alınan "Tənha qadın" klipində çəkilən Xalq artisti Lətifə Əliyeva ilə görüşüb. 

Aktrisa Kazımovanı görmək istədiyini deyərək, studiyaya gəlib. O, ekran işində rol almasından danışıb:

"Səsi çox şirindi. Klipə çəkildim və pulumu da verdi. Qayğılı həyat, iş, unutdum. Gedirəm mağazaya, mən girən kimi bu mahnı qoyulur. Hər yerdə məni görəndə bu mahnı səsləndirilir. Bir dəfə də mağzada qız dedi ki, siz oynayan klipdir. Səsin bal kimidir, yadda qalandır, unudulan deyil. Geyinir, parıldayır, amma onların içində onda bir sadəlik var". 

Qeyd edək ki, "Tənha qadın"ın sözləri Zahidə xanım, musiqisi Cavanşir Quliyevə məxsusdur. 


Etiketlər:  Aygün Kazımova sonra Tənha qadındakı aktrisa ilə görüşdü VİDEO


RƏYLƏR