Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan Azərbaycanla sülh sazişi haqqında: ''Bu məsələdə...''

Simonyan Azərbaycanla sülh sazişi haqqında:  ''Bu məsələdə...''

Tarix: 5 Iyul 2024 15:36

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə sülh sazişinin bağlanmasının gecikdirildiyi fikri ilə razılaşmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə spiker ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında danışıb.

O, prosesin davam etdiyini bildirib və bu məsələdə uğura ümidini vurğulayıb.

Bundan əlavə, spiker brifinqdə bildirib ki, Ermənistan Rusiyada səfiri Vaqarşak Arutyunyanı dəyişdirəcək.

"Yəqin ki, mediadan bilirsiniz ki, tezliklə Rusiyada yeni səfirimiz olacaq. Namizəd artıq təqdim edilib və biz təyinatı gözləyirik", - deyə Simonyan qeyd edib.

Lakin siyasətçi Rusiyada səfir vəzifəsinə namizədin adını açıqlamayıb.

Milli.Az


Etiketlər:  Simonyan Azərbaycanla sülh sazişi haqqında məsələdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ