Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Padla Qəzənfər''in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi?

''Padla Qəzənfər''in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi?

Tarix: 7 Iyul 2024 00:30

Azərbaycan müstəqillik qazandıqdan sonra, adı müzakirə mövzusu olan şəxsiyyətlərdən biri də Ayna Sultanovadır. Ayna Mahmud qızı Sultanova 1895-ci Şabran rayonunun Pirəbədil kəndində doğulub. Aynanın anası Diba Müsabəyovanın və atası Mahmud Musabəyovun kim olduqları haqqında demək olar ki, məlumat yoxdur. Lakin bir ailədən üç inqilabçının çıxması onun valideynləri haqqında müəyyən təsəvvür yaradır. Aynanın qardaşları Müzəffər və Qəzənfər Musabəyovlar ömürlərinin sonuna qədər bolşevik ideyalarına xidmət ediblər.

Sonxeber.net baku.tv-yə istinadla bildirir ki, Ayna 1912-ci ildə Bakıda yerləşən "Müqəddəs Nina" gimnaziyasını bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayır. Onu Azərbaycanın ilk feministi hesab etmək olar.

Ayna Sultanova 1919-cu ilin avqustunda təhsilini davam etdirmək üçün Moskvaya Yakov Sverdlov adına kommunist universitetinə göndərilir.

Aynanın həyat yoldaşı Həmid Sultanov Şaumyanın ən yaxın silahdaşı, qardaşı Qəzənfər Musabəyov isə Mikoyanla birlikdə Bakının işğalı üçün qırmızı ordunun tərkibində vuruşanlardan biri olub. Buna görə də bakılılar Qəzənfər Musabəyova "Padla Qəzənfər" ləqəbini vermişdilər.

Bolşeviklər Ayna Sultanovanı həm də təbliğat maşını kimi istifadə edirlər. Buna görə də onu "Şərq qadını" jurnalının baş redaktoru qoyurlar.

Çox keçmədən, müəllifin özü, həyat yoldaşı və iki qardaşı da bu "təmizləmə"nin qurbanı olur. Üç övlad atası olan Həmid Sultanov oğullarından birinin adını Leninin şərəfinə Vladlen qoyur. Lakin bu addımı belə, onu gələcək repressiyadan xilas edə bilmir.

Otuzuncu illərin repressiya dalğası bolşeviklərə sədaqətlə xidmət etmiş dövlət xadimlərdən də yan keçmir. Ayna Sultanova və ailəsinin repressiyasına səbəb kimi indiyədək müxtəlif versiyalar səslənir.

1938-ci ildə Ayna Sultanova qardaşı Qəzənfər və Müzəffər Musabəyov, həyat yoldaşı Həmid Sultanov ilə birlikdə repressiyaya məruz qalaraq xalq düşməni kimi güllələnirlər. Gəncə üsyanını xüsusi qəddarlıqla qan içində boğan, Firudin bəy Köçərlinin güllələnmə əmrini verən daxili işlər komissarı Həmid Sultanov əslində törətdiyi əməllərinin cəzasını çəkirdi.

SSRİ-nin dağılmasının sonra Ayna Sultanovaya qarşı ictimai münasibət daha çox mənfi yöndədir. Onu da qeyd edək ki, Ayna Sultanova və Nəriman Nərimanov yeganə bolşeviklərdir ki, heykəlləri hələ də Bakıda mövcuddur.


Etiketlər:  Padla Qəzənfərin bacısı qadın nazirimiz Ayna Sultanova niyə güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ