Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2024 10:22
Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"a istinadən məlumat verib.
Qeyd edilir ki, qarşılaşmanı stadionda izləyən Rəcəb Tayyib Ərdoğan matçdan sonra soyunub-geyinmə otağına enərək milli futbolçuları təbrik edib.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib", - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub.
Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.
Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.
Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib.