Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Türkiyə-İran münasibətlərindən DANIŞDI

Ərdoğan Türkiyə-İran münasibətlərindən DANIŞDI

Tarix: 7 Iyul 2024 16:30

Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.

O, bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir:

"Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk prezident seçildi. Yeni prezident Məsud Pezeşkiyan türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada kürdcə danışa bilir. O, həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm".


Etiketlər:  Ərdoğan Türkiyə İran münasibətlərindən DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ