Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri Bakıda görüşdü

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri Bakıda görüşdü

Tarix: 26 Noyabr 2019 18:30

Bakı. Trend:

Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə edib.

Bu V.Gerasimovla iyun ayında NATO Hərbi Komitəsinin sədri vəzifəsinə təyin olunan S.Piç arasında ilk görüşdür. Bunadək onlar yalnız telefon danışıqları keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO Hərbi Komitəsinin sədri Bakıda görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ