Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni milyonçu ərini məhkəməyə verdi

Müğənni milyonçu ərini məhkəməyə verdi

Tarix: 8 Iyul 2024 11:45

Məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovu məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. O, birgə əldə etdiyi əmlakın bölünməsi ilə bağlı iddia qaldırıb.

Bildirilib ki, iclas iyulun 26-da keçiriləcək.

Ehtimal olunur ki, ikili Moskvada elit yaşayış kompleksinin 57-ci mərtəbəsindəki bir mənzili, Rublyovkada 3 min kvadratmetr sahəsi olan 4 mərtəbəli malikanəni, Krımda özəl çimərliyi, estakadası, tövlələri, tennis kortu, vertolyot meydançası və öz məscidi olan kotteci, həmçinin Londonda "St John's Wood-da Lord's Cricket Ground"un yanında mənzili aralarında böləcəklər.

Alsu bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır.

Milli.Az


Etiketlər:  Müğənni milyonçu ərini məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ