Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, hər dəfə mənə böyük ağrı verir'' - Yusif Eyvazov - FOTO

''Bu, hər dəfə mənə böyük ağrı verir'' - Yusif Eyvazov - FOTO

Tarix: 9 Iyul 2024 09:20

Xalq artisti Yusif Eyvazov vəfat edən atası Vilayət Eyvazovla bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, sosial media hesabında atası ilə arxiv fotosunu yayımlayaraq bu sözləri yazıb:

"Eyvazov Vilayət Yusif oğlu. Mənim atam. 10.04.1941-09.07.2005... Düz 19 il öncə dünyasini dəyişib. Mənim hər bir qələbəm, hər bir tamaşaçımın alqışında, hər bir oxuduğum notda onun zəhməti var. Bu, hər dəfə mənə böyük ağrı verir, çünki o bu günləri görmədi. Bəzən deyillər, onlar hər şeyi görür. Nə bilim? Bu məncə zəif bir təsəllidir. Nə qədər istərdim ki, tamaşadan sonra səhnə arxasında atamın xoşbəxt gözlərini görüm.

Hələ İtaliyada tələbə idim. O vaxt adi audio kasetə vokal dərsimi yazıb evə göndərdim. Atam o kaseti balaca pleyera qoyub özü ilə aparb hamıya göstərirdi ki, oğlumdur oxuyan. İndi bilmirəm hardadır.

Onu bilirəm ki, ömrümün axırına kimi atamın əbədi xatirəsinin qabağında baş əyəcəyəm və "necə yerin bilinir, ay ata" deyəcəyəm. İllər ötür, vaxt uçur gedir, amma bu insanın hər bir zəhməti bu gün də bəhrəsini verir. Onun başqa insanlara elədiyi yaxşılıqlar hələ də qabağıma çıxır. Onun uşaqlarına qarşı olan sonsuz sevgisi hələ də məni qoruyur...

Allah sənə rəhmət eləsin, canım atam".


Etiketlər:  hər dəfə mənə böyük ağrı verir Yusif Eyvazov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ