Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyo Avro-2024-ün sürpriz komandasını açıqladı

Mourinyo Avro-2024-ün sürpriz komandasını açıqladı

Tarix: 9 Iyul 2024 12:48

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Avro-2024-də onu ən çox təəccübləndirən komandasının adını açıqlayıb.

Sonxeber.net xəbər verir ki, o, İspaniyanın ən sürpriz milli olduğunu deyib: 

"Avropa çempionatını ağıllı və peşəkar şəkildə izlədim. Portuqaliya hər dəfə qalib gələndə sevinirdim. Daha yaxşısını edə biləcəyinizi hiss etdiyiniz zaman həmişə məyusluq olur. Komandanın potensialı yüksəkdir. Portuqaliya, Fransa və İngiltərənin favorit olduğunu deyəndə proqnozlarımda çox da yanılmadım. Komandanın indiyə qədər inkişafını nəzərə alsaq, İspaniya mənim üçün ən böyük sürprizdir".

İspaniya millisi yarımfinalda Fransa ilə qarşılaşacaq.


Etiketlər:  Mourinyo Avro 2024 sürpriz komandasını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ