Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin-Orban münasibəti Avropanı qarışdırdı - Bu ölkələr hərəkətə keçir

Putin-Orban münasibəti Avropanı qarışdırdı - Bu ölkələr hərəkətə keçir

Tarix: 9 Iyul 2024 19:44

Mərkəzi və Şərqi Avropanın bəzi NATO üzvü ölkələri Macarıstanın baş naziri Viktor Orbana inamını itirir və artıq onunla strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə hazır deyillər. Səbəb Budapeştlə Moskva arasındakı münasibətlərdir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazır.

Nəşrin yazdığına görə, "Buxarest doqquzluğuna" üzv olan ölkələrin əksəriyyəti (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Rumıniya, Çexiya və Estoniya) hesab edir ki, məxfi məlumatları artıq Orbanla paylaşmaq olmaz. Üstəlik, belə bir fikir formalaşdırırlar ki, onunla strateji əhəmiyyət kəsb edən məsələlər belə müzakirə oluna bilməz. Bu, Macarıstanın Moskva ilə açıq şəkildə münasibətlərini saxlaması ilə bağlıdır.

Qəzet qeyd edir ki, Orbana qarşı təhlükəsizliyin dərinləşməsi davam edərsə, Macarıstanın "Buxarest doqquzluğu"ndan çıxarılması mümkündür. NATO daxilində isə alyans üzvlərini qəzəbləndirən təkcə Macarıstan deyil. Ukraynaya hərbi dəstək verməkdə təmkinliliyi ilə seçilən Almaniya belə, NATO üzvü olan ölkələrin hiddətinə əsas vermir.


Etiketlər:  Putin Orban münasibəti Avropanı qarışdırdı ölkələr hərəkətə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ