Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın yeni XİN rəhbəri Araqçi ola bilər

İranın yeni XİN rəhbəri Araqçi ola bilər

Tarix: 10 Iyul 2024 17:46

İran xarici işlər nazirinin sabiq müavini Abbas Araqçi böyük ehtimalla ölkənin yeni XİN rəhbəri təyin ediləcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Tasnim" agentliyi yayıb. 

Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün İran parlamentinə təqdim ediləcəyi gözlənilir. 

Mənbələr qeyd edib ki, Araqçi hazırda Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri rolunu icra edir. 

Xatırladaq ki, İranın keçmiş XİN rəhbəri Hüseyn Əmir Abdullahian mayın 19-da baş verən helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərinin icrası Əli Bağeri Kaniyə həvalə edilib.


Etiketlər:  İranın yeni XİN rəhbəri Araqçi bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ