Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 01:24
"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində hazırda davam edən "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Qol.az xəbər verir ki, argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.