Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2024 21:55
Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib.
Sonxeber.net xəbər verir ki, parkinson xəstəliyindən əziyyət çəkən sənətçi Axşam.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini və evdə olduğunu bildirib:
"Pil açıldıqdan sonra əlimin əsməsi tamamilə keçib. Özümü yaxşı hiss edirəm. Amma mütəmadi olaraq nəzarətdə saxlamalıyam".
Sənətçinin əlindəki əsmənin dayanması ilə bağlı görüntülər isə "Həmin Zaur" proqramında yayımlanıb.