Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı idmançı xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanlı idmançı xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 10 Iyul 2024 22:10

Bodibildinq üzrə dəfələrlə Azərbaycan çempionu olmuş idmançı Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə Oxu.Az-a idmançının özü məlumat verib.

Şükran Soltanovun sözlərinə görə, hazırda səhhəti yaxşıdır:

"Əslində zədəm Avropa çempionatı zamanı yaranmışdı. Buna baxmayaraq, çempion olmuşdum. Daha sonra yaranı müalicə etsəm də, xeyri olmamışdı. Buna görə də beş saat çəkən əməliyyata girməli oldum. Hazırda özümü yaxşı hiss edirəm, lakin həkimlər minimum yeddi həftə məşq edə bilməyəcəyimi deyirlər. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılacağam".

Qeyd edək ki, Şükran Soltanov İspaniyanın Barselona şəhərində keçirilmiş bodibildinq üzrə Avropa çempionatının qızıl medalına sahib çıxıb.


Etiketlər:  Azərbaycanlı idmançı xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ