Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı deputat türkiyəli aktyorları söydü

Rusiyalı deputat türkiyəli aktyorları söydü

Tarix: 11 Iyul 2024 13:38

Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyada türk seriallarını qadağan etməyə çağırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Milonov yerli kanallardan birinə açıqlamasında türk seriallarını "tamamilə zibil" adlandırıb. Onun fikrincə, belə seriallar reallığa uyğun gəlməyən həyatı göstərir.

"Bu kababçılar birdən-birə yaxşı aktyor olduqlarına qərar verdilər. Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur, hamısı tamamilə istedadsız, ucuz oğrulardır" deyə, siyasətçi türkiyəli aktyorları təhqir edib.

Milonov bildirib ki, bu cür ekran işləri qadınların düşüncəsində saxta ideal kişi obrazı yaradır.

Milli.Az


Etiketlər:  Rusiyalı deputat türkiyəli aktyorları söydü


RƏYLƏR